وَمَن جَٰهَدَ فَإِنَّمَا يُجَٰهِدُ لِنَفۡسِهِۦٓۚ إِنَّ ٱللَّهَ لَغَنِيٌّ عَنِ ٱلۡعَٰلَمِينَ ٦
Waman jāhada fa innamā yujāhidu linafsihī innallāha laghaniyyun 'anil-'ālamīn
Kim də (Allah yolunda və ya nəfsi ilə) cihad edərsə, o ancaq özü üçün cihad etmiş olar (faydası özünə qayıdar). Allah aləmlərə (məxluqata) möhtac deyildir.
Təfsir
Kim nəfsini, Uca Allaha itaət etməyə və günahlardan uzaqlaşmağa sövq edərək bu yolda Allah üçün cihad edərsə, şübhəsiz ki, o, öz nəsfi üçün çalışıb, cihad etmişdir. Bunun faydası sonda yalnız onun özünə qayıtacaqdır. Çünki Allahın heç bir məxluquna və onların yaxşı əməllərinə ehtiyacı yoxdur. Onların yaxşı əməllərinin Allaha heç bir faydası olmadığı kimi, pis əməllərinin də Ona heç bir zərəri olmaz!