مَن كَانَ يَرۡجُواْ لِقَآءَ ٱللَّهِ فَإِنَّ أَجَلَ ٱللَّهِ لَأٓتٖۚ وَهُوَ ٱلسَّمِيعُ ٱلۡعَلِيمُ ٥
Man kāna yarjū liqā'allāhi fa inna ajalallāhi la'ātin wahuwas-samī'ul-'alīm
Kim Allahla qarşılaşmağa ümid edirsə, (bilsin ki,) Allahın təyin etdiyi o vaxt mütləq gələcək. O, Eşidəndir, Biləndir.
Təfsir
Kim Qiyamət günü, dünyada ikən etdiyi yaxşı əməllərinin mükafatı özünə verilməsi üçün Allahla qarşılaşacağına ümid bəsləyirsə, qoy bilsin ki, Allahın bunun üçün müəyyən etdiyi vaxt çox yaxında olacaqdır. O, qullarının söylədiklərini eşidən, etdikləri əməlləri görəndir və bunlardan Ona heç bir şey gizli qalmaz. Allah, etdikləri əməllərin əvəzini onlara verəcəkdir.