قُلۡ كَفَىٰ بِٱللَّهِ بَيۡنِي وَبَيۡنَكُمۡ شَهِيدٗاۖ يَعۡلَمُ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۗ وَٱلَّذِينَ ءَامَنُواْ بِٱلۡبَٰطِلِ وَكَفَرُواْ بِٱللَّهِ أُوْلَٰٓئِكَ هُمُ ٱلۡخَٰسِرُونَ ٥٢
Qul kafā billāhi baynī wabaynakum shahīdan ya'lamu mā fis-samāwāti wal-ardi walladhīna āmanū bil-bātili wakafarū billāhi ulā'ika humul-khāsirūn
De: “Mənimlə sizin aranızda Allahın şahid olması yetər. O, göylərdə və yerdə olanları bilir. Batilə inanıb Allaha küfr edənlər – məhz onlar ziyana uğrayanlardır”.
Təfsir
Ey Peyğəmbər! De: "Mənim təbliğ etdiyim risalətin doğruluğunu və sizin onu yalan saydığınızı təsdiqləmək üçün pak və müqəddəs Allahın şahid olması kifayətdir. O, göylərdə və yerdə olanları bilir.Göylərdə və yerdə heç bir şey ondan gizli qalmaz. Allahdan başqa ibadət edilən batilə iman gətirib, ibadətə layiq olan tək Allaha küfr edənlər – məhz onlar, imanı küfrə dəyişdiklərinə görə, ziyana uğrayanlardır."