Al-'Ankabut surəsi, ayə 53

29:53

وَيَسۡتَعۡجِلُونَكَ بِٱلۡعَذَابِ وَلَوۡلَآ أَجَلٞ مُّسَمّٗى لَّجَآءَهُمُ ٱلۡعَذَابُۚ وَلَيَأۡتِيَنَّهُم بَغۡتَةٗ وَهُمۡ لَا يَشۡعُرُونَ ٥٣

Wayasta'jilūnaka bil-'adhābi walawlā ajalum musammal lajā'ahumul-'adhābu walaya'tiyannahum baghtatan wahum lā yash'urūn

Onlar səndən əzabın tez gəlməsini istəyirlər. Əgər əvvəlcədən müəyyən etdiyimiz bir vaxt olmasaydı, əzab onlara gələrdi. O (əzab) onlara qəflətən, özləri də hiss etmədən gələcəkdir.

Təfsir

Ey Peyğəmbər! Müşriklər səndən, onları qorxutduğun əzabın tez gəlməsi­ni istəyirlər. Əgər Allahın onlara əzab vermək üçün təyin etdiyi, bircə an belə yubanmayan, yaxud önə keçməyən vaxt ol­masaydı, istədikləri əzab onları haqlayardı. O əzab on­lara birdən, gözləmədikləri halda gələcək.