أَوَلَمۡ يَكۡفِهِمۡ أَنَّآ أَنزَلۡنَا عَلَيۡكَ ٱلۡكِتَٰبَ يُتۡلَىٰ عَلَيۡهِمۡۚ إِنَّ فِي ذَٰلِكَ لَرَحۡمَةٗ وَذِكۡرَىٰ لِقَوۡمٖ يُؤۡمِنُونَ ٥١
Awalam yakfihim annā anzalnā 'alaykal-kitāba yutlā 'alayhim inna fī dhālika larahmatan wadhikrā liqawmin yu'minūn
Məgər onlara oxunan Kitabı sənə nazil etməyimiz onlar üçün kifayət deyilmi?! Həqiqətən, bunda iman gətirən bir qövm üçün mərhəmət və ibrət var.
Təfsir
Ey Peyğəmbər, sənə möcüzələr gətirmək xüsusunda irad tutan o kəslərə oxunan Quranı sənə nazil etməyimiz onlar üçün kifayət deyilmi?! Həqiqətən, nazil olan Quranda iman gətirən kimsələr üçün mərhəmət və ibrət vardır. Məhz onlar bu kitabda olanlardan faydalanırlar. Onlara nazil olan Quran, əvvəlki peyğəmbərlərə nazil olmuş möcüzələrdən daha xeyirlidir.