إِنَّا مُنزِلُونَ عَلَىٰٓ أَهۡلِ هَٰذِهِ ٱلۡقَرۡيَةِ رِجۡزٗا مِّنَ ٱلسَّمَآءِ بِمَا كَانُواْ يَفۡسُقُونَ ٣٤
Innā munzilūna 'alā ahli hādhihil-qaryati rijzam minas-samā'i bimā kānū yafsuqūn
Biz günah əməllər törətdiklərinə görə bu məmləkət əhlinin üstünə göydən əzab endirəcəyik”.
Təfsir
Biz bu məmləkətin əxlaqsızlıq edən sakinlərinin üstünə göydən əzab endirəcəyik. O əzab, onların Allahın itaətindən çıxaraq, çirkin əməllər etdiyindən dolayı üstlərinə, odda bişmiş gil daşların ardıcıl olaraq yağmasıdır. Onların etdikləri bu çirkin əməl, qadınları tərk edib, şəhvətlə kişilərə yaxınlaşmalarıdır.