Al-'Ankabut surəsi, ayə 33

29:33

وَلَمَّآ أَن جَآءَتۡ رُسُلُنَا لُوطٗا سِيٓءَ بِهِمۡ وَضَاقَ بِهِمۡ ذَرۡعٗاۖ وَقَالُواْ لَا تَخَفۡ وَلَا تَحۡزَنۡ إِنَّا مُنَجُّوكَ وَأَهۡلَكَ إِلَّا ٱمۡرَأَتَكَ كَانَتۡ مِنَ ٱلۡغَٰبِرِينَ ٣٣

Walammā an jā'at rusulunā lūtan sī'a bihim wadāqa bihim dhar'an waqālū lā takhaf walā tahzan innā munajjūka wa ahlaka illamra'ataka kānat minal-ghābirīn

Elçilərimiz Lutun yanına gəldikdə o, onlara görə kədərləndi və ürəyi sıxıldı. Onlar dedilər: “Qorxma və kədərlənmə! Biz səni və sənin ailəni xilas edəcəyik. Yalnız arvadından başqa. O, geridə qalanlardan olacaq.

Təfsir

Lut qövmünü həlak etmək üçün göndərdiyimiz mələklər Lutun yanı­na gəl­dik­də o, qövmünün onlara qarşı əxlaqsızlıq etmələrindən qorxduğundan dolayı onların gəlişi onu kədər­li və hüzünlü etdi. Mələklər Lutun yanına cavan oğlanlar qiyafəsində gəlmişdilər. Lutun qövmü isə qadınları tərk edib kişilərlə yaxınlıq edirdilər. Mələklər ona de­dilər: "Qorxma! Qövmün sənə bir pislik toxundura bilməyəcəkdir. Onları həlak edəcəyimizə dair sənə verdiyimiz xəbərə görə də üzülmə. Biz səni və sə­nin ailəni həlak olmaqdan xilas edəcəyik. Yalnız arvadın­dan başqa. O, geridə, həlak olanlarla birgə qalacaq və onu da onlarla bərabər həlak edəcəyik!"