قَالَ إِنَّ فِيهَا لُوطٗاۚ قَالُواْ نَحۡنُ أَعۡلَمُ بِمَن فِيهَاۖ لَنُنَجِّيَنَّهُۥ وَأَهۡلَهُۥٓ إِلَّا ٱمۡرَأَتَهُۥ كَانَتۡ مِنَ ٱلۡغَٰبِرِينَ ٣٢
Qāla inna fīhā lūtan qālū nahnu a'lamu biman fīhā lanunajjiyannahū wa ahlahū illamra'atahū kānat minal-ghābirīn
(İbrahim) dedi: “Orada Lut da var!” Onlar dedilər: “Biz orada kimin olduğunu yaxşı bilirik. Biz onu da, onun ailəsini də mütləq xilas edəcəyik. Yalnız arvadından başqa. O, geridə qalanlardan olacaq”.
Təfsir
İbrahim mələklərə dedi: "Sizin, sakinlərini həlak etmək istədiyiniz o şəhərdə Lut da vardır, o heç də zalımlardan deyildir!" Mələklər də ona belə dedilər: "Biz orada kimin olduğunu daha yaxşı bilirik. Biz onu və onun ailəsini, şəhər sakinlərinin üzərinə endirilən əzabla həlak olmaqdan mütləq xilas edəcəyik. Yalnız arvadından başqa. O, geridə, həlak olanlarla birgə qalacaq və onu da onlarla bərabər həlak edəcəyik!"