Al-'Ankabut surəsi, ayə 30

29:30

قَالَ رَبِّ ٱنصُرۡنِي عَلَى ٱلۡقَوۡمِ ٱلۡمُفۡسِدِينَ ٣٠

Qāla rabbinsurnī 'alal-qawmil-mufsidīn

(Lut) dedi: “Ey Rəbbim! Fitnə-fəsad törədən qövmə qarşı mənə kömək et!”

Təfsir

Lut - aleyhissəlam - qövmünün ona qarşı inadkarlıq etmələrini, Allahın əzabına istehza edərək Lutdan - aleyhissəlam - o əzabın özlərinə tez bir zaman da gəlməsini tələb etmələrini gördükdən sonra, o, Rəbbinə dua edərək belə dedi: "Ey Rəbbim! Yer üzündə küfür və günahlar etməklə fitnə-fə­sad yayan bu qövm qarşı mənə yardım et!"