أَئِنَّكُمۡ لَتَأۡتُونَ ٱلرِّجَالَ وَتَقۡطَعُونَ ٱلسَّبِيلَ وَتَأۡتُونَ فِي نَادِيكُمُ ٱلۡمُنكَرَۖ فَمَا كَانَ جَوَابَ قَوۡمِهِۦٓ إِلَّآ أَن قَالُواْ ٱئۡتِنَا بِعَذَابِ ٱللَّهِ إِن كُنتَ مِنَ ٱلصَّٰدِقِينَ ٢٩
A'innakum lata'tūnar-rijāla wataqta'ūnas-sabīla wata'tūna fī nādīkumul-munkara famā kāna jawāba qawmihī illā an qālu'tinā bi'adhābillāhi in kunta minas-sādiqīn
Doğrudanmı, siz (şəhvətlə) kişilərə yaxınlaşır, (müsafirlərin namusuna toxunmaq məqsədi ilə) yol kəsir və məclislərinizdə (bir-birinizlə) murdar işlər görürsünüz?” Qövmünün cavabı isə ancaq: “Əgər doğru danışanlardansansa, bizə Allahın əzabını gətir!”– demələri oldu.
Təfsir
"Doğrudanmı siz, şəhvətinizi ödəmək üçün kişilərə arxalarından yaxınlaşır, müsafirlərin namusuna toxunmaq məqsədi ilə yol kəsir, onlara qarşı etdiyiniz bu çirkin əməlinizin üzündən insanlar sizin olduğunuz torpaqlardan keçə bilmir və məclislərinizdə çılpaq olmaq və yanınızdan keçənlərə söz və əməllə əziyyət vermək kimi bir-birininizə qarşı murdar işlər görürsünüz?" Lutun onlara bu çirkin əməli qadağan etməsindən sonra qövmünün ona cavabı isə ancaq belə deməkdən başqa bir şey olmadı: "Əgər doğru danışanlardansansa, elə isə bizi hədələdiyin Allahın əzabını gətir görək!"