أَوَلَمۡ يَرَوۡاْ كَيۡفَ يُبۡدِئُ ٱللَّهُ ٱلۡخَلۡقَ ثُمَّ يُعِيدُهُۥٓۚ إِنَّ ذَٰلِكَ عَلَى ٱللَّهِ يَسِيرٞ ١٩
Awalam yaraw kayfa yubdi'ullāhul-khalqa thumma yu'īduhū inna dhālika 'alallāhi yasīr
Məgər onlar Allahın məxluqatı əvvəlcə necə yaratdığını, sonra da onları yenidən yaradacağını görmürlər? Həqiqətən, bu, Allah üçün asandır.
Təfsir
Məgər Peyğəmbərləri yalan hesab edən o kimsələr, Allahın məxluqatı əvvəlcə necə yaratdığını, öldükdən sonra da onları yenidən necə həyata qaytardığını görmürlərmi? Həqiqətən, bu, Allah üçün çox asandır. O hər şeyə qadirdir. Onu heç bir şey aciz edə bilməz! (Allah insanı əvvəlcə nütfədən, sonra laxtalanmış qandan, daha sonra bir bir parça ətdən yaradır. İnsan anadan olandan sonra ömrünün uşaqlıq, yeniyetməlik, yetkinlik, ahıllıq, qocalıq çağlarını yaşayır və nəhayət, ölür. Allah bütün məxluqatı yoxdan yaratdığı kimi, Qiyamət günü onları yenidən dirildəcəkdir!)