Al-'Ankabut surəsi, ayə 18

29:18

وَإِن تُكَذِّبُواْ فَقَدۡ كَذَّبَ أُمَمٞ مِّن قَبۡلِكُمۡۖ وَمَا عَلَى ٱلرَّسُولِ إِلَّا ٱلۡبَلَٰغُ ٱلۡمُبِينُ ١٨

Wa in tukaddhibū faqad kaddhaba umamum min qablikum wamā 'alar-rasūli illal-balāghul-mubīn

Əgər (onu) yalançı hesab etsəniz, (bilin ki,) sizdən əvvəlki ümmətlər də öz peyğəmbərlərini yalançı saymışdılar. Peyğəmbərin vəzifəsi yalnız (dini) açıq-aşkar təbliğ etməkdir.

Təfsir

Ey müşriklər! Əgər siz, Muhəmmədin (sallallahu aleyhi və səlləm) gətirdiyi dini yalan hesab etsəniz, bilin ki, Nuh tayfası, Ad və Səmud qövmü kimi sizdən əvvəlki qövmlər də öz pey­ğəmbərlərini ya­lançı hesab etmişdilər. Pey­ğəm­bə­rin vəzi­fəsi sadəcə olaraq dini insanlara anlaşıqlı tərzdə təbliğ et­mək­dir. Əlbəttə ki, artıq o sizə, Rəbbinin təbliğ edilməsini əmr etdiklərini təbliğ etmişdir.