Al-'Ankabut surəsi, ayə 17

29:17

إِنَّمَا تَعۡبُدُونَ مِن دُونِ ٱللَّهِ أَوۡثَٰنٗا وَتَخۡلُقُونَ إِفۡكًاۚ إِنَّ ٱلَّذِينَ تَعۡبُدُونَ مِن دُونِ ٱللَّهِ لَا يَمۡلِكُونَ لَكُمۡ رِزۡقٗا فَٱبۡتَغُواْ عِندَ ٱللَّهِ ٱلرِّزۡقَ وَٱعۡبُدُوهُ وَٱشۡكُرُواْ لَهُۥٓۖ إِلَيۡهِ تُرۡجَعُونَ ١٧

Innamā ta'budūna min dūnillāhi awthānan watakhluqūna ifkan innal-ladhīna ta'budūna min dūnillāhi lā yamlikūna lakum rizqan fabtaghū 'indallāhir-rizqa wa'budūhu washkurū lahū ilayhi turja'ūn

Siz Allahı qoyub ancaq bütlərə ibadət edir və yalan uydurursunuz. Şübhəsiz ki, Allahdan başqa ibadət etdikləriniz sizə ruzi verməyə qadir deyillər. Elə isə ruzini Allahdan diləyin, Ona ibadət edin və Ona şükür edin. Siz Ona qaytarılacaqsınız”.

Təfsir

Ey müşriklər! Siz, özünüzə fayda və zərər verə bilməyən bütlərə ibadət edirsiniz. Bu bütlərin ibadətə layiq olduğu iddianızda da yalan danışırsınız. Şüb­həsiz ki, Allah­dan başqa ibadət etdik­lə­ri­niz bütlər, sizə ru­zi vermə­yə qadir deyil­lər. Elə isə ruzini yalnız bol-bol ruzi verən Allahdan di­ləyin, tək Ona iba­dət edin və sizlərə bəxş etdiyi nemətlərə görə də Ona şükür edin. Siz Qiyamət günü haqq-hesaba çəkilmək və etdiyiniz əməllərin əvəzini almaq üçün bütlərin hüzuruna deyil, əksinə, yalnız Allahın hüzuruna qay­tarılacaqsınız!"