فَأَنجَيۡنَٰهُ وَأَصۡحَٰبَ ٱلسَّفِينَةِ وَجَعَلۡنَٰهَآ ءَايَةٗ لِّلۡعَٰلَمِينَ ١٥
Fa anjaynāhu wa ashābas-safīnati waja'alnāhā āyatal lil-'ālamīn
Biz onu və gəmidə olanları qurtardıq və bunu aləmlərə ibrət etdik.
Təfsir
Biz Nuhu və onunla gəmidə bərabər olan möminləri boğularaq həlak olmaqdan qurtardıq və bu gəmi hadisəsini, insanların (sonrakı nəsillərin) öyüd-nəsihət almaları üçün bir ibrət etdik.