Al-'Ankabut surəsi, ayə 14

29:14

وَلَقَدۡ أَرۡسَلۡنَا نُوحًا إِلَىٰ قَوۡمِهِۦ فَلَبِثَ فِيهِمۡ أَلۡفَ سَنَةٍ إِلَّا خَمۡسِينَ عَامٗا فَأَخَذَهُمُ ٱلطُّوفَانُ وَهُمۡ ظَٰلِمُونَ ١٤

Walaqad arsalnā nūhan ilā qawmihī falabitha fīhim alfa sanatin illā khamsīna 'āman fa akhadhahumut-tūfānu wahum zālimūn

Biz Nuhu öz qövmünə (peyğəmbər) göndərdik. O, min ildən əlli il az bir müddət ərzində onların arasında qaldı. Tufan onları zülm etdikləri zaman yaxaladı.

Təfsir

Biz Nuhu öz qövmünə peyğəmbər göndərdik. O da, öz qövmünü doqquz yüz əlli il tək Allaha ibadət etməyə dəvət etdi. Qövmü isə bunun müqabilində onu yalançı sayıb ona küfür etdi. Onların Allaha qarşı küfrləri, Onun elçilərini yalançı saydıqları və həmçinin, etdikləri günahlar səbəbindən tufan onları yaxaladı və beləliklə də onlar suda boğularaq məhv oldular.