Al-Anfal surəsi, ayə 70

8:70

يَٰٓأَيُّهَا ٱلنَّبِيُّ قُل لِّمَن فِيٓ أَيۡدِيكُم مِّنَ ٱلۡأَسۡرَىٰٓ إِن يَعۡلَمِ ٱللَّهُ فِي قُلُوبِكُمۡ خَيۡرٗا يُؤۡتِكُمۡ خَيۡرٗا مِّمَّآ أُخِذَ مِنكُمۡ وَيَغۡفِرۡ لَكُمۡۚ وَٱللَّهُ غَفُورٞ رَّحِيمٞ ٧٠

Yā'ayyuhan-nabiyyu qul liman fī aydīkum minal-asrā in ya'lamillāhu fī qulūbikum khayran yu'tikum khayram mimmā ukhidha minkum wayaghfir lakum wallāhu ghafūrur rahīm

Ey Peyğəmbər! Əlinizdə olan əsirlərə de: “Əgər Allah qəlbinizdə bir xeyir olduğunu bilsə, sizdən alınan fidyədən daha xeyirlisini sizə verər və sizi bağışlayar. Allah Bağışlayandır, Rəhmlidir”.

Təfsir

Ey Peyğəmbər! Bəbr günü əsir götürdüyünüz müşrik əsir­lərə de: "Əgər Allah qəl­bi­niz­də xe­yirin, niyyətinizin isə saf olduğunu bilsə, siz­dən alınan fid­yə­dən daha xe­yirli­si­ni sizə verər, elə isə Bədr günü özünüzü əsirlikdən azad etmək üçün sizdən alınan mala görə hüzünlənməyin və üstəlik də günahlarınızı ba­ğışlayar. Allah Ona tövbə edən qullarını bağışlayandır, onlara qarşı rəhm­lidir". Artıq Allahın bu vədi Peyğəmbərin (sallallahu aleyhi və səlləm) əmisi və ondan başqa iman gətirmiş kimsələr üçün həqiqiləşmişdir.