فَكُلُواْ مِمَّا غَنِمۡتُمۡ حَلَٰلٗا طَيِّبٗاۚ وَٱتَّقُواْ ٱللَّهَۚ إِنَّ ٱللَّهَ غَفُورٞ رَّحِيمٞ ٦٩
Fakulū mimmā ghanimtum halālan tayyiban wattaqullāha innallāha ghafūrur rahīm
Əldə etdiyiniz qənimətləri halal və təmiz olaraq yeyin və Allahdan qorxun. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir.
Təfsir
Ey möminlər! Kafirlərdən ələ keçirdiyiniz qənimətlərdən yeyin, cünki Allah onu sizə halal etmişdir. Allahın əmrlərini yerinə yetirib, qadağalarından çəkinərək Allahdan qorxu. Həqiqətən, Allah mömin qullarını bağışlayandır və onlara qarşı rəhmlidir.