وَإِن يُرِيدُوٓاْ أَن يَخۡدَعُوكَ فَإِنَّ حَسۡبَكَ ٱللَّهُۚ هُوَ ٱلَّذِيٓ أَيَّدَكَ بِنَصۡرِهِۦ وَبِٱلۡمُؤۡمِنِينَ ٦٢
Wa in yurīdū an yakhda'ūka fa inna hasbakallāhu huwal-ladhī ayyadaka binasrihī wabil-mu'minīn
Əgər onlar (sülh bağlamaqla) səni aldatmaq istəsələr, (bil ki,) sənə Allah yetər. O, səni həm Öz köməyi ilə, həm də möminlərlə qüvvətləndirdi.
Təfsir
Ey Peyğəmbər! Əgər onlar sülhə meyl etməklə və sizinlə onlar arasında atəşkəsin əldə olunmasını istəməklə yenidən səninlə döyüşməyə hazırlıq görərək səni aldatmaq istəsələr, bil ki, Allah, səni onların hiyləsindən və onların sənə hər hansı bir pislik toxundurmasından qoruyar. O, səni həm Öz köməyi ilə, həm də ki, mühacir və ənsardan olan möminlərin sənə yardım etməsi ilə qüvvətləndirdi.