۞ وَإِن جَنَحُواْ لِلسَّلۡمِ فَٱجۡنَحۡ لَهَا وَتَوَكَّلۡ عَلَى ٱللَّهِۚ إِنَّهُۥ هُوَ ٱلسَّمِيعُ ٱلۡعَلِيمُ ٦١
Wa in janahū lis-salmi fajnah lahā watawakkal 'alallāhi innahū huwas-samī'ul-'alīm
Əgər onlar sülhə meyl etsələr, sən də sülhə meyl et və Allaha təvəkkül et! Həqiqətən, O, Eşidəndir, Biləndir.
Təfsir
Ey Peyğəmbər! Əgər onlar sülhə və həmçinin sizinlə döyüşməkdən əl çəkməyə meyl edərlərsə, sən də ona meyl et, onlarla əhd-peyman bağla, bundan sonra Allaha təvəkkül et və yalnız Ona arxalan. Əgər belə etsən Allah səni əsla köməksiz qoymaz! Həqiqətən, Allah, onların dediklərini sözləri eşidəndir, etdikləri əməlləri və qəlblərində gizlətdikləri biləndir.