وَأَلَّفَ بَيۡنَ قُلُوبِهِمۡۚ لَوۡ أَنفَقۡتَ مَا فِي ٱلۡأَرۡضِ جَمِيعٗا مَّآ أَلَّفۡتَ بَيۡنَ قُلُوبِهِمۡ وَلَٰكِنَّ ٱللَّهَ أَلَّفَ بَيۡنَهُمۡۚ إِنَّهُۥ عَزِيزٌ حَكِيمٞ ٦٣
Wa allafa bayna qulūbihim law anfaqta mā fil-ardi jamī'am mā allafta bayna qulūbihim walākinnallāha allafa baynahum innahū 'azīzun hakīm
Allah onların (Ovs və Xəzrəc qəbilələrindən olan ənsarın) qəlblərini birləşdirdi. Əgər sən yer üzündə olanların hamısını sərf etsəydin belə, yenə də onların qəlblərini birləşdirə bilməzdin. Lakin Allah onları birləşdirdi. Həqiqətən, O, Qüdrətlidir, Hikmət sahibidir.
Təfsir
Allah sənə yardım edən möminlərin qəlblərini bir-birindən ayrı olduqdan sonra birləşdirdi. Əgər sən yer üzündə olan mal-dövlətin hamısını onların qəlblərini bir-birinə birləşdirmək üçün sərf etsəydin belə, yenə də onların qəlblərini birləşdirə bilməzdin. Lakin Uca Allah onları birləşdirdi. Həqiqətən, Allah qüdrətlidir, heç kimsə onu məğlub edə bilməz, O, işlərində, şəri hökmlərində və insanlar üçün təyin etdiyi qəza-qədərində hikmət sahibidir.