كَدَأۡبِ ءَالِ فِرۡعَوۡنَ وَٱلَّذِينَ مِن قَبۡلِهِمۡۚ كَذَّبُواْ بِـَٔايَٰتِ رَبِّهِمۡ فَأَهۡلَكۡنَٰهُم بِذُنُوبِهِمۡ وَأَغۡرَقۡنَآ ءَالَ فِرۡعَوۡنَۚ وَكُلّٞ كَانُواْ ظَٰلِمِينَ ٥٤
Kada'bi āli fir'awna walladhīna min qablihim kaddhabū bi'āyāti rabbihim fa ahlaknāhum bidhunūbihim wa aghraqnā āla fir'awna wakullun kānū zālimīn
Bunların əməli Firon nəslinin və onlardan əvvəlkilərin əməlinə bənzəyir. Onlar Rəbbinin ayələrini təkzib etdilər, Biz də onları etdikləri günahlara görə məhv etdik və Firon nəslini dənizdə boğduq. Onların hamısı zalımlar idi.
Təfsir
Bu kafirlərin əməli Allaha küfür etmiş Fironun əhli-əyalı və təkzib etmiş əvvəlki qövümlərin əməlinə bənzəyir. Onlar Rəbbinin ayələrini yalan hesab etdilər, Allah da onları etdikləri günahlar səbəbindən məhv etdi. Allah Firon əhli-əyalını dənizdə qərq edərək məhv etdi. Fironun əhli-əyalı və onlardan əvvəlkilər Allaha küfür etdiklərinə və Ona şəriklər qoşduqlarına görə onların hamısı zalım idi. Onlar məhz etdikləri bu əməllərə görə Allahın əzabını özlərinə vacib etdilər və beləliklə də, əzaba düçar oldular.