ذَٰلِكَ بِأَنَّ ٱللَّهَ لَمۡ يَكُ مُغَيِّرٗا نِّعۡمَةً أَنۡعَمَهَا عَلَىٰ قَوۡمٍ حَتَّىٰ يُغَيِّرُواْ مَا بِأَنفُسِهِمۡ وَأَنَّ ٱللَّهَ سَمِيعٌ عَلِيمٞ ٥٣
Dhālika bi annallāha lam yaku mughayyiran ni'matan an'amahā 'alā qawmin hattā yughayyirū mā bi anfusihim wa annallāha samī'un 'alīm
Bu (əzab), ona görədir ki, bir qövm nəfslərində olanı dəyişməyincə, Allah da onlara verdiyi neməti dəyişən deyildir. Şübhəsiz ki, Allah eşidəndir, biləndir.
Təfsir
Allahın bir qövmə verdiyi nemətləri almasının və o qövmün şiddətli əzaba düçar olmasının səbəbi, onların Allaha iman edib doğru yolda sabitqədəm olmaq və nemətlərə şükr etmək kimi gözəl hallarını Allaha qarşı küfür, asilik və Onun nemətlərinə naşükürlük etmək kimi pis hala dəyişmələri oldu. Şübhəsiz ki, Allah qullarının danışdıqlarını eşidir, onların nə əməllər etdiklərini görür və bundan Ona heç bir şey gizli qalmaz!