Al-Anfal surəsi, ayə 52

8:52

كَدَأۡبِ ءَالِ فِرۡعَوۡنَ وَٱلَّذِينَ مِن قَبۡلِهِمۡۚ كَفَرُواْ بِـَٔايَٰتِ ٱللَّهِ فَأَخَذَهُمُ ٱللَّهُ بِذُنُوبِهِمۡۚ إِنَّ ٱللَّهَ قَوِيّٞ شَدِيدُ ٱلۡعِقَابِ ٥٢

Kada'bi āli fir'awna walladhīna min qablihim kafarū bi'āyātillāhi fa akhadhahumullāhu bidhunūbihim innallāha qawiyyun shadīdul-'iqāb

Bunların əməli Firon nəslinin və onlardan əvvəlkilərin əməlinə bənzəyir. Onlar Allahın ayələrini inkar etdilər, Allah da onları günahlarına görə məhv etdi. Həqiqətən Allah, Qüvvətlidir, cəzası da çox şiddətlidir.

Təfsir

Kafirlərin başına gələn bu əzab heç də tək onlara aid deyil. Əksinə bu, hər zaman və hər yerdə Allahın kafirlər üzərində olan sünnətidir. Firon əhli-əyalı və onlardan əvvəlki ümmətlər Allahın ayələrini yalan saymaları və etdikləri günahlar səbəbindən Allah onları Özünün qüvvət və qüdrətinə layiq şəkildə əzabla yaxalayaraq, onlara əzab nazil etdi. Allah qüvvətlidir, kimsə ona qələbə çala bilməz. Ona asi olanlara qarşı əzabı da şiddətlidir!