Al-Anbiya surəsi, ayə 65

21:65

ثُمَّ نُكِسُواْ عَلَىٰ رُءُوسِهِمۡ لَقَدۡ عَلِمۡتَ مَا هَٰٓؤُلَآءِ يَنطِقُونَ ٦٥

Thumma nukisū 'alā ru'ūsihim laqad 'alimta mā hā'ulā'i yantiqūn

Sonra yenə öz bildikləri (batil əqidələrinə) qayıdıb dedilər: “Axı sən bilirsən ki, bunlar danışmırlar”.

Təfsir

Sonra inadkarlıq edərək yenə öz bildikləri batil əqi­dələrinə qayıdıb dedi­lər: "Ey İbrahim! Axı sən bu bütlərin danışmağa qadir olmadığlarını bildiyin bir halda, bizə necə onlardan soruşmağı əmr edirsən?" Onlar bu sözlə İbrahimə qarşı dəlil gətirmək istəslər də, lakin onların bu sözü elə özlərinə qarşı dəlil oldu.