Al-Anbiya surəsi, ayə 4

21:4

قَالَ رَبِّي يَعۡلَمُ ٱلۡقَوۡلَ فِي ٱلسَّمَآءِ وَٱلۡأَرۡضِۖ وَهُوَ ٱلسَّمِيعُ ٱلۡعَلِيمُ ٤

Qāla rabbī ya'lamul-qawla fis-samā'i wal-ardi wahuwas-samī'ul-'alīm

(Peyğəmbər) dedi: “Rəbbim göydə və yerdə deyilən sözləri bilir. O, Eşidəndir, Biləndir!”

Təfsir

Peyğəmbər (sallallahu aleyhi və səlləm) Məkkə müşriklərinə belə dedi: "Rəbbim qəlbinizdə gizlədib, demədiyiniz və göylərdə və yerdə hər bir kimsənin dediyi sözü daha yaxşı bi­lir. O, qullarının sözlərini eşi­dən­dir, etdikləri əməlləri biləndir. Allah Qiyamət günü onların dünyada ikən etdikləri əməllərin mükafatını verəcəkdir!"