Al-An'am surəsi, ayə 90

6:90

أُوْلَٰٓئِكَ ٱلَّذِينَ هَدَى ٱللَّهُۖ فَبِهُدَىٰهُمُ ٱقۡتَدِهۡۗ قُل لَّآ أَسۡـَٔلُكُمۡ عَلَيۡهِ أَجۡرًاۖ إِنۡ هُوَ إِلَّا ذِكۡرَىٰ لِلۡعَٰلَمِينَ ٩٠

Ulā'ikal-ladhīna hadallāhu fabihudāhumuqtadih qul lā as'alukum 'alayhi ajran in huwa illā dhikrā lil-'ālamīn

Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Sən də onların haqq yoluna tabe ol. De: “Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Bu (Quran) aləmlər üçün yalnız bir xatırlatmadır”.

Təfsir

O peyğəmbərlər və onlarla birgə atalarının, övladlarının və qardaşlarının adları çəkilənlər, həqiqətən də, doğru yo­lda olan kimsələrdir. Sən də on­la­ra tabe ol və onların ardınca get. Ey Peyğəmbər! Öz qövmünə de: "Mən bu Quranı sizə təbliğ etdiyimə görə sizdən heç bir mü­kafat istəmirəm. Bu Quran insan və cinləri doğru yola yönəltmək üçün aləmlərə görə yalnız bir öyüd-nəsihətdir".