أُوْلَٰٓئِكَ ٱلَّذِينَ ءَاتَيۡنَٰهُمُ ٱلۡكِتَٰبَ وَٱلۡحُكۡمَ وَٱلنُّبُوَّةَۚ فَإِن يَكۡفُرۡ بِهَا هَٰٓؤُلَآءِ فَقَدۡ وَكَّلۡنَا بِهَا قَوۡمٗا لَّيۡسُواْ بِهَا بِكَٰفِرِينَ ٨٩
Ulā'ikal-ladhīna ātaynāhumul-kitāba wal-hukma wan-nubuwwata fa in yakfur bihā hā'ulā'i faqad wakkalnā bihā qawmal laysū bihā bikāfirīn
Bunlar, Kitab, hikmət və peyğəmbərlik verdiyimiz kimsələrdir. Əgər onlar (Qüreyş müşrikləri) bunu inkar etsələr, Biz onları inkar etməyən bir qövmə həvalə edərik.
Təfsir
Bu adları çəkilən peyğəmbərlər, Biz onlara kitab, hikmət və peyğəmbərlik verdiyimiz kəslrdir. Əgər sənin qövmün peyğəmbərlərə verdiyimiz bu üç şeyi inkar edirlərsə, Biz onları inkar etməyən, əksinə, bunlara iman edib və bunlardan möhkəm yapışan başqa bir qövm təyin edib hazırlamışıq. Bu kimsələr qiyamət gününədək onların yolunu tutub gedən mühacir və ənsarlardır.