Al-An'am surəsi, ayə 8

6:8

وَقَالُواْ لَوۡلَآ أُنزِلَ عَلَيۡهِ مَلَكٞۖ وَلَوۡ أَنزَلۡنَا مَلَكٗا لَّقُضِيَ ٱلۡأَمۡرُ ثُمَّ لَا يُنظَرُونَ ٨

Waqālū lawlā unzila 'alayhi malakun walaw anzalnā malakal laqudiyal-amru thumma lā yunzarūn

Onlar: “Nə üçün ona mələk endirilməyib?”– dedilər. Əgər biz mələk endirsəydik, əlbəttə, iş bitmiş olar və onlara bir an belə möhlət verilməzdi.

Təfsir

Kafirlər: "Əgər Allah Muhəmmədlə - səllallahu aleyhi və səlləm - birgə bizi danışdıran və onun Allahın elçisi olmasına şahidlik edən bir mə­lək endi­rsəydi, biz mütləq iman edərdik"– dedilər. Əgər biz onların vəsf etdikləri kimi bir mələk en­dirsəydik, bundan sonra iman etməsəydilər, biz onları məhv edərdik və onlar nazil olsa heç tövbə etməyə belə möh­lət ve­ril­məz­di".