Al-An'am surəsi, ayə 7

6:7

وَلَوۡ نَزَّلۡنَا عَلَيۡكَ كِتَٰبٗا فِي قِرۡطَاسٖ فَلَمَسُوهُ بِأَيۡدِيهِمۡ لَقَالَ ٱلَّذِينَ كَفَرُوٓاْ إِنۡ هَٰذَآ إِلَّا سِحۡرٞ مُّبِينٞ ٧

Walaw nazzalnā 'alayka kitāban fī qirtāsin falamasūhu bi aydīhim laqālal-ladhīna kafarū in hādhā illā sihrum mubīn

(Ey Muhamməd!) Əgər sənə kağız üzərində bir yazı nazil etsəydik və onlar da əlləri ilə ona toxunsaydılar, kafir olanlar (yenə də): “Bu, açıq-aydın sehrdən başqa bir şey deyil!”– deyərdilər.

Təfsir

Ey Peyğəmbər! Əgər sənə vərəqlər üzərində yazılı bir kitab nazil etsəydik, onlar öz gözləri ilə buna şahid olub, əlləri ilə ona toxunub hissiyatları ilə onun kitab olmasına yəqin olsaydılar belə, onlar yenə də inadkarlıq və təkəbbürlük üzündən iman etməzdilər və: "Gətirdiyin bu şey, açıq-aydın sehrdən başqa bir şey de­yil­, biz ona heç vaxt iman gətirməyəcəyik!"– deyərdilər.