فَلَمَّا رَءَا ٱلۡقَمَرَ بَازِغٗا قَالَ هَٰذَا رَبِّيۖ فَلَمَّآ أَفَلَ قَالَ لَئِن لَّمۡ يَهۡدِنِي رَبِّي لَأَكُونَنَّ مِنَ ٱلۡقَوۡمِ ٱلضَّآلِّينَ ٧٧
Falammā ra'al-qamara bāzighan qāla hādhā rabbī falammā afala qāla la il lam yahdinī rabbī la akūnanna minal-qawmid-dāllīn
Doğan ayı gördükdə: “Bu mənim Rəbbimdir!”– dedi. O batdıqda isə: “Əgər Rəbbim məni doğru yola yönəltməsə, mən azmış kimsələrdən olaram”– dedi.
Təfsir
İbrahim ayın çıxdığını gördükdə: "Bu mənim Rəbbimdir!"– dedi. Ay yox olduqda isə: "Əgər Rəbbim məni tək Ona ibadət etməyə müvəffəq etməsəydi, mən Onun haqq dinindən uzaq düşənlərdən olardım"– dedi.