أَلَمۡ يَرَوۡاْ كَمۡ أَهۡلَكۡنَا مِن قَبۡلِهِم مِّن قَرۡنٖ مَّكَّنَّٰهُمۡ فِي ٱلۡأَرۡضِ مَا لَمۡ نُمَكِّن لَّكُمۡ وَأَرۡسَلۡنَا ٱلسَّمَآءَ عَلَيۡهِم مِّدۡرَارٗا وَجَعَلۡنَا ٱلۡأَنۡهَٰرَ تَجۡرِي مِن تَحۡتِهِمۡ فَأَهۡلَكۡنَٰهُم بِذُنُوبِهِمۡ وَأَنشَأۡنَا مِنۢ بَعۡدِهِمۡ قَرۡنًا ءَاخَرِينَ ٦
Alam yaraw kam ahlaknā min qablihim min qarnim makkannāhum fil-ardi mā lam numakkil lakum wa arsalnas-samā'a 'alayhim midrāran waja'alnal-anhāra tajrī min tahtihim fa ahlaknāhum bidhunūbihim wa ansha'nā mim ba'dihim qarnan ākharīn
Məgər onlar özlərindən əvvəl neçə-neçə nəsilləri məhv etdiyimizi görmədilərmi? Biz onlara yer üzündə sizə vermədiyimiz imkanları vermişdik. Onların üzərinə göydən bol-bol yağış yağdırmış və (evlərinin) altından çaylar axıtmışdıq. Biz onları günahlarına görə həlak etdik və onlardan sonra başqa nəsillər yaratdıq.
Təfsir
Məgər bu kafirlər Allahın zalim ümmətləri məhv etdiyini sünnəsini bilmirlərmi?! Allah onların özlərindən əvvəl bir çox ümmətləri məhv etmiş, onlara yer üzündə bu kafirlərə verilmədiyi yaşamaq və qüvvət imkanları vermişdik. Onların üzərinə bol-bol yağış yağdırmış və onlar üçün evlərinin altından çaylar axıtmışdı. Onlar isə bunu qarşılığında Allaha asi oldular. Allah da onları günahlarına görə həlak etdi və onlardan sonra başqa ümmətlər yaratdı.