قُلۡ هُوَ ٱلۡقَادِرُ عَلَىٰٓ أَن يَبۡعَثَ عَلَيۡكُمۡ عَذَابٗا مِّن فَوۡقِكُمۡ أَوۡ مِن تَحۡتِ أَرۡجُلِكُمۡ أَوۡ يَلۡبِسَكُمۡ شِيَعٗا وَيُذِيقَ بَعۡضَكُم بَأۡسَ بَعۡضٍۗ ٱنظُرۡ كَيۡفَ نُصَرِّفُ ٱلۡأٓيَٰتِ لَعَلَّهُمۡ يَفۡقَهُونَ ٦٥
Qul huwal-qādiru 'alā an yab'atha 'alaykum 'adhābam min fawqikum aw min tahti arjulikum aw yalbisakum shiya'an wayudhīqa ba'dakum ba sa ba'dininzur kayfa nusarriful-āyāti la'allahum yafqahūn
De: “(Allah) başınızın üstündən və ya ayaqlarınızın altından sizə əzab göndərməyə, ya da sizi qarışıqlığa salıb dəstə-dəstə etməyə və birinizə digərinin gücünü daddırmağa qadirdir”. Gör ayələrimizi necə izah edirik ki, bəlkə başa düşsünlər.
Təfsir
Ey Peyğəmbər! Onlara de: "Allah üstünüzə daş, ildırım, tufan kimi və ya altınızdan zəlzələ və ya yerə batırmaq kimi sizə əzab göndərməyə yaxud qəlblərinizi bir-birinizə qarşı çevirib və sonda hər biriniz öz istəyinin ardınca gedərək sizi bir-birinizlə vuruşdurmağa qadirdir". Ey Peyğəmbər! Gör biz onlara dəlilləri necə bir-bir bəyan edirik ki, bəlkə sənin gətirdiyinin haqq, özlərində olanın isə batil olduğunu anlasınlar.