قُل لَّوۡ أَنَّ عِندِي مَا تَسۡتَعۡجِلُونَ بِهِۦ لَقُضِيَ ٱلۡأَمۡرُ بَيۡنِي وَبَيۡنَكُمۡۗ وَٱللَّهُ أَعۡلَمُ بِٱلظَّٰلِمِينَ ٥٨
Qul law anna 'indī mā tasta'jilūna bihī laqudiyal-amru baynī wabaynakum wallāhu a'lamu biz-zālimīn
De: “Əgər səbirsizliklə can atdığınız (əzab) mənim əlimdə olsaydı, əlbəttə, mənimlə sizin aranızda iş bitmiş olardı. Allah zalımları daha yaxşı tanıyır”.
Təfsir
Ey Peyğəmbər! Onlara de: "Əgər sizin səbirsizliklə tələb etdiyiniz əzab və fövqəladə möcüzələr mənim əlimdə olsaydı, əlbəttə, mən onu sizə endirərdim, beləliklə də, mənimlə sizin aranızda bu iş bitmiş olardı. Allah zalımlara nə vaxta qədər möhlət verdiyini və onlara və zaman əzab verəcəyini daha yaxşı bilir".