قُل لَّآ أَقُولُ لَكُمۡ عِندِي خَزَآئِنُ ٱللَّهِ وَلَآ أَعۡلَمُ ٱلۡغَيۡبَ وَلَآ أَقُولُ لَكُمۡ إِنِّي مَلَكٌۖ إِنۡ أَتَّبِعُ إِلَّا مَا يُوحَىٰٓ إِلَيَّۚ قُلۡ هَلۡ يَسۡتَوِي ٱلۡأَعۡمَىٰ وَٱلۡبَصِيرُۚ أَفَلَا تَتَفَكَّرُونَ ٥٠
Qul lā aqūlu lakum 'indī khazā'inullāhi walā a'lamul-ghayba walā aqūlu lakum innī malakun in attabi'u illā mā yūhā ilayya qul hal yastawil-a'mā wal-basīru afalā tatafakkarūn
De: “Mən sizə demirəm ki, Allahın xəzinələri mənim yanımdadır. Mən qeybi də bilmirəm. Sizə demirəm ki, mən mələyəm. Mən yalnız mənə vəhy olunana tabe oluram”. De: “Məgər korla görən eyni ola bilərmi? Məgər düşünmürsünüz?”
Təfsir
Ey Peyğəmbər! Müşriklərə de: "Mən sizə demirəm ki, Allahın ruzi xəzinələri mənim yanımdadır və mən də bu xəzinələrdən istədiyim kimi istifadə edirəm. Mən sizə demirəm ki, Allahın mənə vəhy edərək bildirdiyindən savayı qeybdən nəsə bilmirəm. Mən sizə demirəm ki, mən mələklərdən bir mələyəm. Lakin mən Allahın elçisiyəm. Mən yalnız mənə vəhy olunana tabe oluram və bilmədiyim bir şeyi də idda etmirəm". Ey Peyğəmbər! Onlara de: "Məgər gözləri haqqı görməkdən kor olan kafir kimsə ilə haqqı görüb ona iman gətirəm mömin kimsə eyni ola bilərmi? Ey Müşriklər! Məgər ətrafınızda olan Allahın aləyini gördükdən sonra ağılınızla fikirləşmirsinizmi?"