بَلۡ بَدَا لَهُم مَّا كَانُواْ يُخۡفُونَ مِن قَبۡلُۖ وَلَوۡ رُدُّواْ لَعَادُواْ لِمَا نُهُواْ عَنۡهُ وَإِنَّهُمۡ لَكَٰذِبُونَ ٢٨
Bal badā lahum mā kānū yukhfūna min qablu walaw ruddū la'ādū limā nuhū 'anhu wa innahum lakādhibūn
Xeyr! Daha öncə gizlətdikləri (günahlar) onlara aşkar oldu. Əgər geri qaytarılsaydılar, yenə də özlərinə qadağan olunmuş şeylərə (günahlara) qayıdardılar. Şübhəsiz ki, onlar yalançıdırlar.
Təfsir
Bu, heç də onların: "Əgər geri qaltarılsaydılar iman gətirərdilər"– dedikləri kimi deyildir. Əksinə, əzaları onların əleyhinə şahidlik etdikdə: "Allaha and olsun ki, biz şərik qoşanlardan deyildik"– əvvəlcə gizlətdikləri sözlər onlara aşkar oldu. Əgər onlar dünyaya qaytarılsaydılar, yenə də özlərinə qadağan olunmuş küfr və şirk əməllərə qayıdardılar. Şübhəsiz ki, onlar əgər dünyaya qaytarılsaydılar iman gətirərdilər iddalarında yalan danışırlar.