وَلَوۡ تَرَىٰٓ إِذۡ وُقِفُواْ عَلَى ٱلنَّارِ فَقَالُواْ يَٰلَيۡتَنَا نُرَدُّ وَلَا نُكَذِّبَ بِـَٔايَٰتِ رَبِّنَا وَنَكُونَ مِنَ ٱلۡمُؤۡمِنِينَ ٢٧
Walaw tarā idh wuqifū 'alan-nāri faqālū yālaytanā nuraddu walā nukaddhiba bi'āyāti rabbinā wanakūna minal-mu'minīn
Onların atəşin qarşısında dayandırıldıqları zaman: “Kaş ki, biz (dünyaya) qaytarılıb Rəbbimizin ayələrini yalan saymayaydıq və möminlərdən olaydıq”– dediklərini görəydin!
Təfsir
Ey Peyğəmbər! Qiyamət günü onların oda ərz olunduqları vaxt həsrət çəkərək: "Kaş, bizi dünya həyatına qaytaraydılar! Onda biz Allahın ayələrini yalan saymayıb, Allaha iman gətirənlərdən olardıq"– dediklərini görsəydin, hallarının pis olmasından təəccüblü bir hal görərdin!