مَن جَآءَ بِٱلۡحَسَنَةِ فَلَهُۥ عَشۡرُ أَمۡثَالِهَاۖ وَمَن جَآءَ بِٱلسَّيِّئَةِ فَلَا يُجۡزَىٰٓ إِلَّا مِثۡلَهَا وَهُمۡ لَا يُظۡلَمُونَ ١٦٠
Man jā'a bil-hasanati falahū 'ashru amthālihā waman jā'a bis-sayyi'ati falā yujzā illā mithlahā wahum lā yuzlamūn
Kim (Allahın hüzuruna) yaxşı əməllə gələrsə, ona gətirdiyinin on qat əvəzi verilər. Kim də pis əməllə gələrsə, ona yalnız gətirdiyinin misli qədər cəza verilər. Onlara haqsızlıq edilməz.
Təfsir
Möminlərdən kim yaxşı əməl gətirərsə, Allah ona gətirdiyinin on qat əvəzini artırar. Kim pis əməl gətirərsə, ona gərirdiyindən çox olmadan yalnız gətirdiyinin yüngüllükdə və ağırlıqda onun misli qədər cəza verilər. Onlara qiyamət günü yaxşı əməllərinin savabı azaldılaraq və ya pis əməllərinin günahı çoxaldılaraq zülm edilməz.