إِنَّ ٱلَّذِينَ فَرَّقُواْ دِينَهُمۡ وَكَانُواْ شِيَعٗا لَّسۡتَ مِنۡهُمۡ فِي شَيۡءٍۚ إِنَّمَآ أَمۡرُهُمۡ إِلَى ٱللَّهِ ثُمَّ يُنَبِّئُهُم بِمَا كَانُواْ يَفۡعَلُونَ ١٥٩
Innal-ladhīna farraqū dīnahum wakānū shiya'al lasta minhum fī shay'in innamā amruhum ilallāhi thumma yunabbi'uhum bimā kānū yaf'alūn
Dinlərini parçalayıb firqə-firqə olanlarla sənin heç bir əlaqən yoxdur. Onların işi Allaha aiddir. Sonra (qiyamət günü) Allah onlara etdikləri əməllər barədə xəbər verəcəkdir.
Təfsir
Ey Peyğəmbər! Dinlərini parçalayıb firqə-firqə edən - dinin bəzi tələblərini yerinə yetirib, bəzisini də tərk edən, özləri də müxtəlif firqələrə bölünən yəhudi və nəsranilərlə sənin heç bir əlaqən yoxdur. Sən onların olduğları zəlalətdən uzaqsan. Sənin üzərinə düşən yalnız onları xəbərdar etməyindir. Onların işi Allaha aiddir. Sonra Allah Qiyamət günü onlara dünyada etdikləri əməlləri bildirəcək və etdikləri əməllərin müqabilini verəcəkdir.