وَأَنَّ هَٰذَا صِرَٰطِي مُسۡتَقِيمٗا فَٱتَّبِعُوهُۖ وَلَا تَتَّبِعُواْ ٱلسُّبُلَ فَتَفَرَّقَ بِكُمۡ عَن سَبِيلِهِۦۚ ذَٰلِكُمۡ وَصَّىٰكُم بِهِۦ لَعَلَّكُمۡ تَتَّقُونَ ١٥٣
Wa anna hādhā sirātī mustaqīman fattabi'ūhu walā tattabi'us-subula fatafarraqa bikum 'an sabīlihī dhālikum wassākum bihī la'allakum tattaqūn
Şübhəsiz ki, bu, Mənim doğru yolumdur. Onu tutub gedin. Başqa yollara uymayın. Yoxsa, (o yollar) sizi Allahın yolundan uzaqlaşdırar. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə (pis əməllərdən) çəkinəsiniz”.
Təfsir
Allah sizə zəlalət yollarına tabe olmağı haram, Allahın doğru və heç bir əyriliyi olmayan yoluna tabe olmağınızı isə vacib etmişdir. Zəlalət yolları sizi parçalanmağa və haqq yoldan uzaqlaşmağa aparır. Bu Allahın düzğün yoluna tabe olmaq üçündür. Allah bunu sizə tövsiyə etmişdir ki, bəlkə sizə əmr olunanları yerinə yetirib və qadağa olunanlardan çəkinərək Allahdan qorxasınız.