وَلَا تَقۡرَبُواْ مَالَ ٱلۡيَتِيمِ إِلَّا بِٱلَّتِي هِيَ أَحۡسَنُ حَتَّىٰ يَبۡلُغَ أَشُدَّهُۥۚ وَأَوۡفُواْ ٱلۡكَيۡلَ وَٱلۡمِيزَانَ بِٱلۡقِسۡطِۖ لَا نُكَلِّفُ نَفۡسًا إِلَّا وُسۡعَهَاۖ وَإِذَا قُلۡتُمۡ فَٱعۡدِلُواْ وَلَوۡ كَانَ ذَا قُرۡبَىٰۖ وَبِعَهۡدِ ٱللَّهِ أَوۡفُواْۚ ذَٰلِكُمۡ وَصَّىٰكُم بِهِۦ لَعَلَّكُمۡ تَذَكَّرُونَ ١٥٢
Walā taqrabū mālal-yatīmi illā billatī hiya ahsanu hattā yablugha ashuddahū wa awful-kayla wal-mīzāna bil-qisti lā nukallifu nafsan illā wus'ahā wa idhā qultum fa'dilū walaw kāna dhā qurbā wabi'ahdillāhi awfū dhālikum wassākum bihī la'allakum tadhakkarūn
Yetim yetkinlik yaşına çatana qədər, – xeyirxahlıq (qoruyub saxlamaq və artırmaq məqsədilə istifadə etmək) müstəsna olmaqla, – onun malına yaxınlaşmayın! Ölçüyə və çəkiyə ədalətlə tam riayət edin. Biz hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər yükləyərik. Söz söylədiyiniz zaman, qohumunuz olsa belə, ədalətli olun. Allah qarşısındakı əhdə sadiq qalın. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə, düşünüb ibrət alasınız.
Təfsir
Allah sizə, yetim həddi-buluğa çatıb və mallarından düzgün istifadə etdiyi bəlli olana qədər, malı artırmaq məqsədilə istifadə etmək istisna olmaqla, onun malına toxunmağı haram etmişdir. Allah sizə ölçüdə və çəkidə aldatmağı haram, alış-veriş edərkən aldıqda və ya verdikdə isə ədalətli olmağı vacib etmişdir. Biz hər kəsi yalnız onun taqəti çatdığı qədər yükləyərik. Ölçüdə, çəkidə və s. bu kimi az və ya çoxluğunun dəqiq bilinməsi mümkün olmayan kiçik şeylərə görə sizə günah yoxdur. Allah sizə söz söylədiyiniz yaxud şahidlik etdiyiniz zaman, qohuma və ya dosta tərəfkeşlik etməyinizi haram etmişdir. Allah sizə, Allahın əhdini və ya Allaha verdiyiniz əhdi yaxud Allahla bağladığınız əhdi pozmağı haram, bunlara sadiq qalmağı isə vacib etmişdir. Allah bunları sizə əmr edir ki, bəlkə, işinizin sonunu düşünüb ibrət alasınız.