Al-An'am surəsi, ayə 14

6:14

قُلۡ أَغَيۡرَ ٱللَّهِ أَتَّخِذُ وَلِيّٗا فَاطِرِ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَهُوَ يُطۡعِمُ وَلَا يُطۡعَمُۗ قُلۡ إِنِّيٓ أُمِرۡتُ أَنۡ أَكُونَ أَوَّلَ مَنۡ أَسۡلَمَۖ وَلَا تَكُونَنَّ مِنَ ٱلۡمُشۡرِكِينَ ١٤

Qul aghayrallāhi attakhidhu waliyyan fātiris-samāwāti wal-ardi wahuwa yut'imu walā yut'amu qul innī umirtu an akūna awwala man aslama walā takūnanna minal-mushrikīn

De: “Göyləri və yeri yaradan, (hamını) yedirdiyi halda, Özü yedirilməyən Allahdan başqasınımı dost tutacağam?!” De: “Mənə müsəlman olanların ilki olmaq əmr edildi və əsla müşriklərdən olma (deyildi)”.

Təfsir

Ey Peyğəmbər! Allahla yanaşı başqa bütlərə və s. məbudlara ibadət edən müşriklərə de: "Mənim? Allahdan başqa­sı­nı özünə dost tutub, ondan yardım diləməyin ağılabatan bir şeydirmi?! O, göyləri və ye­ri misilsiz olaraq, heç vaxt belə bir yaradılış olmadan yaratmışdır. O, qullarından istədiyinə ruzi verir. Ona isə heç kəs ruzi vermir. O, qullarına möhtac deyil, əksinə qulları Ona möhtacdırlar. Ey Peyğəmbər! De: "Mənə Pak olan Rəbbim bu ümmətdən mənə Allaha təs­lim olanla­rın və Ona boyun əyənlərin ən birincisi olmağı əmr etdi və Ona başqasını şərik qoşanlardan olmağı qadağan etdi".