۞ وَلَهُۥ مَا سَكَنَ فِي ٱلَّيۡلِ وَٱلنَّهَارِۚ وَهُوَ ٱلسَّمِيعُ ٱلۡعَلِيمُ ١٣
Walahū mā sakana fil-layli wan-nahāri wahuwas-samī'ul-'alīm
Gecədə və gündüzdə mövcud olanların hamısı Onundur. O, Eşidəndir, Biləndir.
Təfsir
Gecə və gündüz də olanların hamısı, hər bir şeyin mülkü tək Allaha məxsusdur. O, sözlərinizi eşidəndir, əməllərinizi biləndir və mükafatınızı verəcəkdir.