وَقَالُواْ هَٰذِهِۦٓ أَنۡعَٰمٞ وَحَرۡثٌ حِجۡرٞ لَّا يَطۡعَمُهَآ إِلَّا مَن نَّشَآءُ بِزَعۡمِهِمۡ وَأَنۡعَٰمٌ حُرِّمَتۡ ظُهُورُهَا وَأَنۡعَٰمٞ لَّا يَذۡكُرُونَ ٱسۡمَ ٱللَّهِ عَلَيۡهَا ٱفۡتِرَآءً عَلَيۡهِۚ سَيَجۡزِيهِم بِمَا كَانُواْ يَفۡتَرُونَ ١٣٨
Waqālū hādhihī an'āmun waharthun hijrul lā yat'amuhā illā man nashā'u biza'mihim wa an'āmun hurrimat zuhūruhā wa an'āmul lā yadhkurūnasmallāhi 'alayhaftirā'an 'alayhi sayajzīhim bimā kānū yaftarūn
Onlar öz (batil) iddialarına əsasən: “Bu mal-qara və əkinlər haramdır. Bunları bizim istədiklərimizdən başqa heç kəs yeyə bilməz. Bunlar da minilməsi haram buyurulan heyvanlardır” – deyirlər. Bu mal-qaradan eləsidə vardır ki, (onları kəsərkən) üzərində Allahın adını çəkməzlər. Onlar bunu Allaha iftira ataraq edirlər. Allah onları atdıqları iftiraya görə cəzalandıracaqdır.
Təfsir
Müşrəklər dedilər: "Bu mal-qara və əkinlər haramdır. Onlar öz iddialarına və iftiralarına əsasən, bunları bizim istədiklərimiz bütlərə xidmət edən kişilərdən başqa kiminsə yeməsi qadağandır. Bu mal-qaranın bəzisinin minilməsi haram edilmiş, minilməyən və üzərində yük daşınılmayan heyvanlardır. Bunlar: Bəhira, saibə və hami heyvanlarıdır. Bu heyvanları da kəsərkən üstündə Allahın adını çəkərək deyil, yalnız bütlərinin adını çəkərək kəsirlər. Onlar bunların hamısını yalandan Allaha iftira ataraq bunun Allahdan olduğunu iddia edirlər. Allahda onları atdıqları bu iftiralarına görə cəzalandıracaqdır.