Al-An'am surəsi, ayə 135

6:135

قُلۡ يَٰقَوۡمِ ٱعۡمَلُواْ عَلَىٰ مَكَانَتِكُمۡ إِنِّي عَامِلٞۖ فَسَوۡفَ تَعۡلَمُونَ مَن تَكُونُ لَهُۥ عَٰقِبَةُ ٱلدَّارِۚ إِنَّهُۥ لَا يُفۡلِحُ ٱلظَّٰلِمُونَ ١٣٥

Qul yāqawmi'malū 'alā makānatikum innī 'āmilun fasawfa ta'lamūna man takūnu lahū 'āqibatud-dāri innahū lā yuflihuz-zālimūn

De: “Ey qövmüm! Əlinizdən gələni edin. Mən də edəcəyəm. Axirət yurdunun gözəl sonluğunun kimə nəsib olacağını biləcəksiniz. Şübhəsiz ki, zalımlar nicat tapmazlar”.

Təfsir

Ey Peyğəmbər! De: "Ey qövmüm! Elə olduğunuz kimi küfr və azğınlığınıza davam edin. Artıq mən sizə haqqı açıq-aydın dəlillərlə bəyan edərək sizi xəbərdar etim. Bundan sonra sizin küfür etməniz və zəlalətdə olmanız məni maraqlandırmaz. Mən isə bundan sonra da elə olduğum haqq üzərində sabit qalacam. Siz Allahın dünyada kimə yardım etdiyini, yer üzünə kimin varis olduğunu və axirət yurdunun kimə nəsib ola­ca­ğını bi­lə­cək­si­niz. Şübhəsiz ki, müşriklər nə dünyada nə də axirətdə nicat taparlar. Onlar dünyada nə qədər dünya nemətlərindən ləzzət alsalarda, axirətdə isə aqibətləri xüsrana düçar olmaqdır".