ٱقۡرَأۡ وَرَبُّكَ ٱلۡأَكۡرَمُ ٣
Iqra' warabbukal-akram
Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir.
Təfsir
Ey Peyğəmbər! Allahın sənə vəhy etdiyini oxu! Sənin Rəbbin ən səxavətlidir. Heç bir səxavətli ona bərabər ola bilməz. O, olduqca səxavətli və çox yaxşılıq edəndir.