وَلَا تُطِعِ ٱلۡكَٰفِرِينَ وَٱلۡمُنَٰفِقِينَ وَدَعۡ أَذَىٰهُمۡ وَتَوَكَّلۡ عَلَى ٱللَّهِۚ وَكَفَىٰ بِٱللَّهِ وَكِيلٗا ٤٨
Walā tuti'il-kāfirīna wal-munāfiqīna wada' adhāhum watawakkal 'alallāhi wakafā billāhi wakīlā
Kafirlərə və münafiqlərə itaət etmə. Onların əziyyətlərinə fikir vermə və Allaha təvəkkül et. Allahın Qoruyan olması kifayətdir.
Təfsir
Kafirlərin və münafiqlərin çağırışına itaət edib Allahın dinindən kənara çıxma, onlardan üç çevir. Bu, onların, sənin onlara gətirdiyinə iman gətirmələri üçün daha münasib olar. Hər bir işində - o cümlədən də, düşmənlərinə qalib gəlmək xüsusunda Allaha etimad et. İnsanların dünya və axirət işlərinin hamısında Allaha etimad etməsi, Onun insanları qoruması üçün kifayətdir.