Al-Ahzab surəsi, ayə 47

33:47

وَبَشِّرِ ٱلۡمُؤۡمِنِينَ بِأَنَّ لَهُم مِّنَ ٱللَّهِ فَضۡلٗا كَبِيرٗا ٤٧

Wabasshiril-mu'minīna bi anna lahum minallāhi fadlan kabīrā

Möminlərə Allah tərəfindən böyük bir lütf nəsib ediləcəyini müjdə ver.

Təfsir

Allaha iman gətirən və Onun buyuruqlarını yerinə yetirən möminlərə sevindirici xəbər ver ki, onlara pak və müqəddəs Allah tərəfindən böyük bir lütf nəsib olacaq. Belə ki, onlar bu dünyada zəfər çalacaq, axirətdə də Cənnətə daxil olmaqla uğur qazanacaqlar.