هُوَ ٱلَّذِي يُصَلِّي عَلَيۡكُمۡ وَمَلَٰٓئِكَتُهُۥ لِيُخۡرِجَكُم مِّنَ ٱلظُّلُمَٰتِ إِلَى ٱلنُّورِۚ وَكَانَ بِٱلۡمُؤۡمِنِينَ رَحِيمٗا ٤٣
Huwal-ladhī yusallī 'alaykum wamalā'ikatuhū liyukhrijakum minaz-zulumāti ilan-nūri wakāna bil-mu'minīna rahīmā
Sizi zülmətlərdən nura çıxartmaq üçün sizə rəhm edən Odur. Mələkləri də (sizin üçün bağışlanma diləyirlər). Allah möminlərə qarşı Rəhmlidir.
Təfsir
Allah sizə rəhm edir və sizi tərifləyir, üstəlik, Onun mələkləri də sizin üçün dua edirlər ki, sizi küfr zülmətindən iman nuruna çıxartsın. Allah möminlərə qarşı Rəhmlidir. Əgər onlar Allaha itaət etsələr, Onun əmrlərini yerinə yetirib qadağan etdiyi əməllərdən çəkinsələr, Allah onlara əzab verməz.