يَٰقَوۡمَنَآ أَجِيبُواْ دَاعِيَ ٱللَّهِ وَءَامِنُواْ بِهِۦ يَغۡفِرۡ لَكُم مِّن ذُنُوبِكُمۡ وَيُجِرۡكُم مِّنۡ عَذَابٍ أَلِيمٖ ٣١
Yāqawmanā ajībū dā'iyallāhi wa āminū bihī yaghfir lakum min dhunūbikum wayujirkum min 'adhābin alīm
Ey qövmümüz! Allahın dəvətçisinə cavab verib, ona iman gətirin ki, Allah sizin günahlarınızı bağışlasın və sizi ağrılı-acılı əzabdan qurtarsın!”
Təfsir
Ey qövmümüz! Muhəmmədin (səllallahu aleyhi və səlləm) sizə təbliğ etdiyi haqqı qəbul edin və onun öz Rəbbi tərəfindən elçi göndərildiyinə iman gətirin ki, Allah sizin günahlarınızı bağışlasın, üstəlik, peyğəmbərin sizə təbliğ etdiyi haqqı qəbul etməyəcəyiniz və onun öz Rəbbi tərəfindən elçi göndərildiyinə iman gətirməyəcəyiniz təqdirdə sizi yaxalayacaq ağrılı-acılı əzabdan sizi qurtarsın”.