Al-Ahqaf surəsi, ayə 21

46:21

۞ وَٱذۡكُرۡ أَخَا عَادٍ إِذۡ أَنذَرَ قَوۡمَهُۥ بِٱلۡأَحۡقَافِ وَقَدۡ خَلَتِ ٱلنُّذُرُ مِنۢ بَيۡنِ يَدَيۡهِ وَمِنۡ خَلۡفِهِۦٓ أَلَّا تَعۡبُدُوٓاْ إِلَّا ٱللَّهَ إِنِّيٓ أَخَافُ عَلَيۡكُمۡ عَذَابَ يَوۡمٍ عَظِيمٖ ٢١

Wadhkur akhā 'ādin idh andhara qawmahū bil-ahqāfi waqad khalatin-nudhuru mim bayni yadayhi wamin khalfihī allā ta'budū illallāha innī akhāfu 'alaykum 'adhāba yawmin 'azīm

(Ey Peyğəmbər!) Ad (qövmünün) qardaşını (Hudu) xatırla! Bir zaman o, özündən əvvəl də, sonra da qorxudan peyğəmbərlər gəlib-getmiş qumsal təpələrdə (yaşayan) qövmünü: “Allahdan başqasına ibadət etməyin. Mən sizə üz verəcək əzəmətli günün əzabından qorxuram!” (deyə) xəbərdar etmişdi.

Təfsir

Ey Peyğəmbər! Ad qövmünə mənsub olan qardaşları Hudu xatırla! Bir zaman o, ərəb yarımadasının cənubunda yerləşən qum­sal təpələrdəki evlərində ya­şayan qövmünü, özündən əvvəl və sonra gəlib (öz ümmətlərini) qorxudan peyğəmbərlər kimi, Allahın əzabı ilə qorxudub demişdir: "Yalnız Allaha ibadət edin və Onunla yanaşı başqa tanrıya ibadət et­məyin! Ey qövmüm! Mən si­zə üz verəcək əzə­mətli günün - Qiyamət gününün əzabından qor­xu­ram!"